"Qarabağ" ikinci gündə ilk məşqinə çıxdı

14:05 - 6 Yanvar 2017

"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi toplanışın ikinci günündə səhər məşqinə çıxıb. Günün ilk çalışması fitnes zalında baş tutub. Futbolçular trenajor çalışmaları və fiziki hazırlıqla məşqi təmamlayıb. Səhər məşqi təxminən 1 saat davam edib.

Xəbər xətti