İkinci dövrənin hazırlıqlarının ikinci hissəsinə artıq iki gündür ki, start verən "Səbail"in Bakı və Antalya toplanışı çərçivəsində keçirəcəyi yoldaşlıq görüşlərindəki rəqibləri məlumdur.
Sportal.az xəbər verir ki, yanvarın 10-da MOİK ilə qarşılaşacaq "aslanlar" yanvarın 12-də "Neftçi"nin əvəzediciləri ilə üz-üzə gələcək.
Qeyd edək ki, hər iki oyun Bayıl Arenada keçiriləcək.
Yanvarın 14-dən etibarən Antalya toplanışına start verəcək komanda Türkiyədə ümumilikdə 3 yoldaşlıq görüşü keçirəcək. Sınaqçı rəqiblərdən ikisinin adı artıq məlumdur.
Yanvarın 19-da "Səbail"in ilk rəqibi "Kyran" (Qazaxıstan) komandası olacaq. Yanvarın 26-da isə komanda gücünü Macarıstan "Szeged"i ilə sınayacaq. Yanvarın 24-də keçiriləcək yoldaşlıq görüşündəki rəqibin adı isə hələ ki, dəqiqləşməyib.
"Səbail" transfer çalışmalarını da davam etdirir. Komandaya qoşulacaq yeni oyunçuların adları Antalya toplanışından əvvəl ictimaiyyətə açıqlanacaq.
saytlarin hazirlanmasi