"Qarabağ" davam edir FOTOLAR

11:25 - 8 Yanvar 2017

“Qarabağ” Antalyada hazırlığını davam etdirir.

 

Sportal.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda təlim-məşq toplanışının üçüncü günündə bir məşqlə kifayətlənib. Axşam saatlarında başlayan məşq fiziki təmrin və toplu çalışmalara həsr olunub.

 

Təxminən 1 saat 30 dəqiqə davam edən məşq zamanı “Qarabağ”ın üzvləri kross qaçış, daha sonra isə topla müxtəlif hərəkətləri yerinə yetiriblər.

 

 

 

Xəbər xətti