Çempionatın ikinci hissəsinin hazırlıqlarını Türkiyənin "Antalya" şəhərində keçirən "Qarabağ" baxışa yeni futbolçu cəlb edib.
Sportal.az xəbər verir ki, söhbət Rusiyanın "Amkar" klubunun futbolçusu Rinat Hüseynovdan gedir. Əldə etdiyimiz məlumata görə, 20 yaşlı müdafiəçi bir neçə gün Ağdam klubunun heyətində baxışda olacaq. Məşqçilər korpusu futbolçu ilə bağlı müsbət qərar versə, onunla münasibətlər rəsmiləşəcək.
Qeyd edək ki, U-21 millimizin də üzvü olan Rinat Hüseynov bu mövsüm "Amkar"ın gənclər komandasının heyətində 16 oyunda meydana çıxıb və 2 qol vurmağı bacarıb.
Əlavə edək ki, bu haqda ilk məlumatı Sportinfo.az saytı yaymışdı.
saytlarin hazirlanmasi