Azərbaycan I Divizionunda çıxış edən "Şərurspor" klubunun prezidenti Sərdar Bağırov gözaltına alınıb.
Sportal.az xəbər verir ki, bu haqda "Futbol+" qəzeti xəbər yayıb. Məlumatda qeyd olunub ki, iş adamı vergidən yayınmaqda ittiham olunur.
O, hazırda Kürdəxanı müvəqqəti saxlama təcridxanasındadır. Vəkilləri Bağırovun heç-bir qeyri-qanuni işlə məşğul olmadığı, qanunlar çərçivəsində fəaliyyət göstərdiyi barədə sənədlər hazırlayıb məhkəməyə vermək üzərində çalışırlar.
Günahsızlığını sübuta yetirməyə çalışan klub prezidenti yaxın günlərdə azadlığa buraxıla bilər.
saytlarin hazirlanmasi