Hava "Qarabağ"ın planını dəyişdi

17:15 - 10 Yanvar 2017

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” hazırlığını davam etdirir.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, hazırlığın altıncı günündə meydançada iki məşq nəzərdə tutulmuşdu. Lakin bu gün Antalyada kəskin hava şəraiti ilə əlaqədar olaraq, komanda ilk məşqini fitnes zalında keçirib. “Qarabağ”lı futbolçuların trenajor məşqləri təxminən 1 saat davam edib.
 
Qeyd edək ki, “Qarabağ”ın baxışa dəvət etdiyi Rusiyanın "Amkar" komandasının yetirməsi Rinat Hüseynov artıq Ağdam klubunun düşərgəsindədi.

Xəbər xətti