Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı davam etdirən "Şəmkir" bu gün ilk yoxlama matçını keçirib.
Sportal.az xəbər verir ki, birinci divizion təmsilçisi qardaş ölkənin aşağı liqasında çıxış edən "Kuşadası" ilə üz-üzə gəlib. Qarşılaşma Qəhrəman Əliyevin yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, oyunu Kərim Kərimov, Mübariz Haşımov və Yaşar Abbasovdan ibarət azərbaycanlı hakimlər briqadası idarə edib.
saytlarin hazirlanmasi