"Qarabağ" "Amkar"ın futbolçusu ilə bağlı qərar verdi

10:10 - 16 Yanvar 2017

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ"da baxışda olan Rinat Hüseynovla bağlı yekun qərar verilib. 

 

Sportal.az xəbər verir ki, Rusiyanın "Amkar" klubunun gənclər komandasından baxışa gələn futbolçunun durumu məşqçilər korpusunu qane etməyib. O, Artıq Ağdam klubunun düşərgəsini tərk edib. 

 

Qeyd edək ki, Rinat Albaniyanın "Skenderbeu" komandası ilə keçirilən yoxlama oyununda iştirak etmişdi. 

 

Xəbər xətti