I Divizon klubu Bakının bazasında məskunlaşacaq

11:39 - 16 Yanvar 2017

I Divizionda mübarizə aparan "Şərurspor" klubu qış fasiləsindən sonra yeni stadiona köçəcək.
     
Sportal.az xəbər verir ki, paytaxt klubu ev oyunlarını keçirdiyi "Bayıl Arena"dan sonra 2-ci stadion kimi Bakının bazasını seçib. Komanda ev oyunlarını "Bakı"nın stadionunda keçirə biləcək. Bu haqda məlumatı saytımıza klubun baş məşqçisi Əfqan Talıbov verib:

 

“Bakının bazasında müntəzəm olaraq məşqlərimizi keçirik. 2-ci dövrədə oyunlarımızı keçirmək üçün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunu sifariş vermək istəyirdik. Lakin bir az uyğun deyildi. Orada oyunlarımızı qəbul etmək çətin olardı. Bu, həm komandalara, həm də bizə mane olacaqdı. Bundan əlavə, təbii ot olduğu üçün qiymətləri də qalxıb. Maliyyə baxımından bunu da nəzərə aldıq. I Divizionda bir çox komandalar “Bayıl Arena”da məskunlaşıb. Bu da bir qədər çətinlik yaradır. “Bayıl Arena”dan sonra 2-ci stadion kimi Bakının bazasını sifariş edəcəyik. İlk oyuna qədər hazır olacağı inandırıcı deyil. Ot örtüyü bərpa olunandan sonra orada da hazırlaşacağıq”.

Xəbər xətti