“Qarabağ” Antalya toplanışı çərçivəsində bu gün ikinci yoxlama oyununu keçirəcək.
Sportal.az xəbər verir ki, Qurban Qurbanovun komandası Rumıniyanın “Styaua” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.
 
Qeyd edək ki, “Qarabağ” Türkiyə toplanışında keçirdiyi ilk yoxlama matçında Albaniyanın “Skenderbeu” klubuna 1:0 hesabı ilə qalib gəlib.
  
Yoxlama oyunu
 
18:00. “Qarabağ” – “Styaua”
     
                    