Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Şəmkir" bu gün üçüncü yoxlama matçına çıxıb.
Sportal.az xəbər verir ki, qərb təmsilçisinin rəqibi Ukraynanın "Dnepr" klubu olub. Matç Qəhrəman Əliyevin komandasının 0 - 2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, I Divizion təmsilçisi ilk yoxlama oyununda Türkiyənin, "Kuşadası" klubuna 1:0, ikinci matçda isə Qazaxıstanın "Kiran" klubuna 2:1 hesabı ilə qalib gəlib.
saytlarin hazirlanmasi