"Qarabağ" Antalyada son məşqinə çıxdı

23:06 - 21 Yanvar 2017

"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir. 

 

Sportal.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda bu gün toplanışın son məşqinə çıxıb. Məşq təxminən 90 dəqiqə davam edib. Futbolçular taktiki və toplu çalışmaları yerinə yetirib.

 

Qeyd edək ki, "Qarabağ" sabah iki yoxlama oyunu keçirəcək. Qurban Qurbanovun komandası günün ilk matçında Qazaxıstanın "Atırau", ikinci matçında da Polşanın "Termalika" klubuyla qarşılaşacaq. İlk oyun Bakı vaxtı ilə saat 16:30, ikinci matç  isə 18:30-da start götürəcək və hər iki qarşılaşma klubun "Youtube" kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Xəbər xətti