“Qarabağ" Antalya toplanışı çərçivəsində bu gün növbəti 2 yoxlama oyununu keçirəcək.
Sportal.az xəbər verir ki, Ağdam klubunun ilk rəqibi Qazaxıstanın "Atırau" komandası olacaq. Bu qarşılaşma Bakı vaxtıyla saat 16:30-da start götürəcək.
Günün ikinci qarşılaşmasında isə "Qarabağ"ın rəqibi Polşanın "Termalika" klubu olacaq. Bu qarşılaşma isə Bakı vaxtıyla saat 18:30-da start götürəcək.
Hər iki qarşılaşma klubun "youtube" kanalında canlı yayımlanacaq.
Yoxlama oyunları
16:30 "Qarabağ" - "Atırau" (Qazaxıstan)
18:30 "Qarabağ" - "Termalika" (Polşa)
saytlarin hazirlanmasi