Rəşad Əzizli: "Uğurlu başlanğıc üçün əlimizdən gələni edəcəyik"

17:36 - 25 Yanvar 2017

"Səbail"in şərəfini qoruyacağım üçün xoşbəxtəm. Öz oyunumla baş məşqçinin və rəhbərliyin etimadını doğrultmağa çalışacağam". 

 

Sportal.az xəbər verir ki, bu fikirləri Azərbaycan I Divizionunda çıxış edən "Səbail"in yeni transferi Rəşad Əzizli deyib.

 

İyirmi üç yaşlı qapıçı II dövrənin hazırlıqlarını davam etdirdiklərini söyləyib:

 

"Komandanın yaxşı təlim-məşq toplanışı keçməsi üçün əla şərait yaradılıb. Antalyada 2 yoldaşlıq görüşü keçirmişik. Sabah "Seged"lə oyunda qələbə qazanmağa çalışacağıq. Yeni transferlərin uyğunlaşması baxımından bu oyunlar böyük əhəmiyyət kəsb edir. İkinci dövrəyə uğurlu başlanğıc üçün əlimizdən gələni edəcəyik".

 

Qeyd edək ki, "Səbail" Rəşad Əzizli ilə qış transfer pəncərəsində müqavilə imzalayıb.

Xəbər xətti