Riçard Almeyda Reynaldo ilə belə vidalaşdı FOTO

11:14 - 26 Yanvar 2017

"Qarabağ"ın futbolçusu Riçard Almeyda komanda yoldaşı, bu gün Türkiyənin "Adanaspor"klubu ilə müqavilə imzalayacaq Reynaldo ilə vidalaşıb. 

 

Sportal.az xəbər verir ki, təcrübəli futbolçu Reynaldo ilə olan fotosunu şəxsi "instagram" hesabında paylaşıb. Təcrübəli futbolçu yazdığı şərhdə həmyerlisi üçün darıxacağını qeyd edib:

 

"Əziz qardaşım, yaxşı yol. Həyatının yeni mərhələsində sənə uğurlar arzu edirəm. Tanrı həmişə səni qorusun. Həmişə olduğu kimi, "Adanaspor"da da böyük uğurlar qazanacağına əminəm. Mənə görə də narahat olma. Sənin üçün həmişə darıxacağam. Səninlə keçirdiyimiz anlar çox gözəl idi".


Qeyd edək ki, Reynaldo 2013-cü ildən, Almeyda isə 2012-ci ildən "Qarabağ" da çıxış edir. 

 

Xəbər xətti