Qurban Qurbanov: "Onlara irad bildirməyəcəm" MÜSAHİBƏ

20:02 - 29 Yanvar 2017

Azərbaycan Premyer Liqasının XV turunda baş tutan “Qarabağ” – “Neftçi” oyunu 1:1 hesablı bərabərliklə başa çatıb.

 

Sportal.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib:

 

“Neftçi”yə uğurlar arzu edirəm, yaxşı oynadılar. Azarkeşlər üçün, komanda üçün maraqlı oyun oldu. Bilirdik ki, bizə çətin olacaq. Futbolçularıma gəldikdə, nöqsanlar oldu. Amma onlara irad bildirməyəcəm. Ümid edirəm ki, qarşıdakı oyunlarda optimal formamızı bərpa edəcəyik”.

 

- Riçard Almeydanın da adı “Adanaspor”la hallanır...

- Yox, doğru məsələ deyil.

 

- “Qarabağ” uzun müddətdi belə pressinqlə üz-üzə gəlmirdi. Bu fikirlə razısız?

- Razıyam. “Neftçi” bu gün bizim meydanımızda pressinq edirdi. Bu, bizim üçün xoş oldu. Belə vəziyyətdə biz də futbolçularımızın hansı cəhətdən güclü olduğunu görürük. Belə rəqiblərin çox olması bizim xeyrimizədi. Get-gedə çox komandalar “Neftçi”nin üsulundan istifadə edirlər. Və bu, istənilən komandaya çətinlik yaradır. Ümumilikdə, “Neftçi” oyunu pressinq üzərində qurmuşdu və sona qədər belə davam etdilər.

 

- Namiq Ələsgərov sizə qarşı oynasaydı daha çətin olardı?

- Düşünmürəm. Bu, bir oyunçudan asılı deyil. Bizim müqaviləmizdə belə bir şərt yoxdu. Bildiyiniz kimi, biz Namiqi “Neftçi”yə azad futbolçu kimi buraxmışıq. Bizim rəhbərlik bu qaydanı ortaya qoydu və “Neftçi” də razılaşdı.

 

- Riçardın olmaması oyununuza təsir etdi?

- Almeyda əsas oyunçumuzdu. Almeydası çox oyunlarda qalib gəlmişik. Əsas heyət oyunçusunu itirmək xoş olmasa da, onun yerini doldura biləcək oyunçularımız da var.

Xəbər xətti