"Səbail" qış transfer dövründə 10-cu transferini həyata keçirib.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi 23 yaşlı müdafiəçi Qvanzav Maqomedov ilə 1,5 illik müqavilə imzalanıb.
Qvanzav Maqomedov indiyə kimi Rusiyada "Krılya Sovetov", ölkəmizdə isə "Şahdağ", "Bakı", "Zirə" və AZAL kimi komandaların şərəfini qoruyub.
Qeyd edək ki, Maqomedov bir müddətdi Rusiyanın "Anji" klubunda baxışda idi. Lakin Mahaçkala təmsilçisinin erməni baş məşqçisi Aleksandr Qriqoryan onun oyununu bəyənməyib.
saytlarin hazirlanmasi