Hava şəraiti I Divizionun oyunlarını təxirə saldı

16:59 - 31 Yanvar 2017

Ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti səbəbindən birinci divizionun iki oyununun vaxtında dəyişiklik edilib.

 

Sportal.az PFL-ə istinadən xəbər verir ki, “Göyəzən” - “Qaradağ Lökbatan” və “Şahdağ” - “Zaqatala” matçlarının keçirilmə tarixi dəyişdirilib.

 

Qeyd edək ki, matçlar fevralın 2-dən 27-nə keçirilib.

Xəbər xətti