I divizonda mübarizə aparan "Bakılı" klubu heyətini daha bir futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi "Rəvan"ın futbolçusu Elnur Abdulovu heyətinə cəlb edib.
Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi karyerası ərzində "Qarabağ", "Sumqayıt" və "İnter" kimi klublarda çıxış edib. Yarımmüdafiəçi U-17, U-19 və U-21 yığmalarımızın formasını geyinib.
saytlarin hazirlanmasi