Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XVI tura start verilib.
Sportal.az xəbər verir ki, “Qarabağ” səfərdə AZAL-ın qonağı olub. Ağdam klubu qarşılaşmada 3:1 hesabıyla öndə olmasına baxmayaraq, üstünlüyü sona qədər qoruya bilməyib. "Təyyarəçilər" iki qol vuraraq hesabı bərabərləşdirib. Qarşılaşma 3:3 hesabıyla başa açtıb.
"Qarabağ"ın əvəzedici komandası bu oyundan sonra 31 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. AZAL 8 xalla sonuncudur.
AZAL 3 - 3 "Qarabağ"
Qollar: Renat Aşurov, 17; Elçin İsmayılov, 61; Eltun Hüseynov, 81 // Elgün Nəbiyev, 25; Salman Cəfərov, 46; Vüqar Nadirov, 50
saytlarin hazirlanmasi