"Qarabağ"da şok itki

15:23 - 3 Fevral 2017

Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində "Qarabağ" səfərdə AZAL-ın qonağıdı.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi bu qarşılaşmada ciddi itki ilə üzləşib. Belə ki, matçın 22-ci dəqiqəsində "atlılar"ın aparıcı futbolçularından olan Dani Kintana zədələnib. Oyunu davam etdirə bilməyən ispan yarımmüdafiəçi meydanı tərk etmək məcburiyyətində qalıb. Kintananı Əfran İsmayılov əvəzləyib.

 

Qeyd edək ki, hazırda ilk hissəsi davam edən matçda AZAL "Qarabağ"ı 1 - 0 hesabı ilə məğlub edir.

Xəbər xətti