Azərbaycan Premyer Liqasının XVI turunda “Qarabağ” səfərdə AZAL-ı 2:1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
- Çox vacib qələbə qazandıq, ağır oyun oldu. İlk dəqiqələrdən oyunu ələ ala bilmədik. Rəqib həddindən artıq yaxşı müdafiə olunur. Həkimlərin rəyinə görə, Dani uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. Futbolçu meydana uyğunlaşa bilmədiyi üçün zədə aldı. Belə hallar futbolda hər zaman baş verir.
- Daninin yoxluğu sizə çempionluq yolunda necə təsir edə bilər?
- Əlbəttə, onun yoxluğu bizim üçün ciddi zərbədir. Gözlənilməz zədələr planlarımıza təsir edir, bizə problem yaradır. Sabah Daninin son durumu müəyyənləşəcək. Yenə deyirəm, onun yoxluğu bizə təsir edə biləcək.
- Komanda iki oyundu hesabda geri düşür. Müdafiədə boşluq olduğunu düşünmürsüz?
- Qol buraxırıqsa, deməli, diqqətsizlik olur. Hər oyunda qol buraxmamaq da çətin olar. Bu gün rəqibə cəmi bir şans verdik, ondan da istifadə etdilər. Futbol elə bir vəziyyətə çatıb ki, istənilən komandadan qol buraxa bilərsən. Amma bundan sonra diqqətli olmalı, səhvlər etməməliyik.
saytlarin hazirlanmasi