Azərbaycan Premyer Liqasının XVI turunda AZAL-la matçda zədələnən "Qarabağ"ın futbolçusu Dani Kintananın mövsümü başa vurduğu haqda xəbər vermişdik.
Sportal.az xəbər verir ki, 6 ay yaşıl meydanlardan uzaq qalacaq futbolçu yaxın günlərdə müalicəyə başlayacaq. Kintana bunun üçün Azərbaycanı tərk edəcək. 29 yaşlı futbolçu vətəninə yollanacaq.
Kintana müalicəsini İspaniyanın paytaxtı Madrid şəhərində etdirəcək.
saytlarin hazirlanmasi