Azərbaycan çempionatının I divizionunda mübarizə aparan "Səbail" klubunda baş məşqçi dəyişikliyi olub.
Sportal.az xəbər verir ki, Bayıl təmsilçisi 17 yaşlılardan ibarət komandasının baş məşqçisi, həmçinin əsas komandada köməkçi məşqçi vəzifəsində çalışan İlqar Hüseynovla yollarını ayırıb.
Onun gedişindən sonra boş qalan məşqçi postu Asif Ramazanova tapşırılıb. Son olaraq "Sumqayıt"da çalışan Ramazanovla mövsümün sonuna qədər müqavilə imzalanıb.
saytlarin hazirlanmasi