"Uğur qazanmaq istəyən komanda hakimin köməyini gözləməməlidi"

00:03 - 9 Fevral 2017

"3-4 gündən bir oyun keçirdiyimiz üçün ola bilər ki, aşağı tempə öyrəşmişik. Oyun elə bir məcrada keçdi ki, biz də buna məcbur olduq. Bunu gələcək oyunlarda düşünməliyik. Növbəti qarşılaşmalarda daha templi, sürətli oynamağa çalışacağıq".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Coşqun Diniyev Azərbaycan Premyer Liqanın 17-ci turunda "Zirə" ilə oyundan (2:0) sonra jurnalistlərə müsahibəsində deyib.

 

O, qol sevincini çılğın  şəkildə niyə qeyd etmədikləri ilə bağlı sualı belə cavablandırıb: "Əvvəl elə olub ki, çox sevinmişik. Bu dəfə bir az sevincimizi az qeyd etdik".

 

C.Diniyev nəinki “Qarabağ”ın, heç bir komandanın hakim köməkliyinə ehtiyacı olmadığını vurğulayıb: "Mən belə düşünürəm. Uğur qazanmaq istəyən komanda hakimin köməyini gözləməməlidir".

Xəbər xətti