Əmrah Çəlikəl: "Qarabağ" heç vaxt belə işlərə əl atmayıb"

19:52 - 10 Fevral 2017

“2008-09 mövsümünü yaxşı xatırlayıram. Həmin vaxt Azərbaycan kubokunu futbolçuların əziyyəti sayəsində qazanmışıq”.

 

Sportal.az xəbər verir ki, bunu apasport.az saytına açıqlamasında “Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl deyib.
 
“İnter”in sabiq futbolçusu İon Testimitsianu Moldova mətbuatına müsahibəsi zamanı 2008-09 mövsümündə Azərbaycan çempionluğunu və kubokunu bilərəkdən verdiklərini bildirib.
 
Buna münasibət bildirən həmin mövsüm ölkə kubokunu qazanmış Ağdam klubunun rəsmisi Moldova millisinin sabiq məşqçisinin ittihamlarının əsassız olduğunu söyləyib: “Mənim belə bir açıqlamadan xəbərim yoxdu, ilk dəfədi sizdən eşidirəm. Ancaq “Qarabağ” heç vaxt belə işlərə əl atmayıb. Bunun sübutu da var. Yəqin həmin insan özünə diqqət cəlb etmək istəyir. Bilmirəm, niyə belə açıqlama verib, mənə də maraqlıdı. Dediyiniz mühitdə bu, mümkün olan şey deyil. Nəinki həmin mövsüm, ümumiyyətlə, heç vaxt “Qarabağ” belə oyunlara getməyib”.
 
Qeyd edək ki, Azərbaycan Kubokunun finalında “Qarabağ”a 0:1 hesabı ilə məğlub olan “İnter” ölkə çempionatında çempion “Bakı”dan 1 xal geri qalıb. 

Xəbər xətti