"Qarabağ"ın etirazı qəbul olunmadı

18:21 - 14 Fevral 2017

Xəbər verdiyimiz kimi, bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 18-ci turunda "Qarabağ"ın "Kəpəz"lə səfərdə baş tutan matçının 86-cı dəqiqəsində qonaqların futbolçusu Ağabala Ramazanov sarı vərəqə ilə cəzalandırılmışdı.

 

"Qarabağ" bu sarı vərəqəni haqsız sayaraq, matçın protokolunda öz etirazını bildirmişdi. Lakin İntizam Komitəsi bu etirazları qəbul etməyərək, hakim qərarını qüvvədə saxlayıb. Ağabala Ramazanov vərəqə limitini dolduraraq cəzalı duruma düşüb və ölkə çempionatının 19-cu turunda "Qəbələ"ylə səfər matçını buraxmalı olacaq.

Xəbər xətti