"Qarabağ" klubu Xocalı faciəsinin 25-ci ildönümünü qeyd edəcək.
Qan tariximiz heç vaxt unudulmur. 25 il öncə Qarabağda, Xocalı şəhərində törədilmiş soyqırım faciəsi xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur. Məlumdur ki, 1992-ci ildə, fevralın 26-sına keçən gecə nəinki Azərbaycan eləcə də dünya tarixinə ən acımasız günlərdən biri qeydə alınıb. Erməni təcavüzkarlarının Xocalı şəhərində törətdikləri qətliam bəşər tarixinə qanlı hərflərlə düşmüşdür.
Sportal.az xəbər verir ki, ölkə və dünyada cəmiyyətin həyatında baş verən olaylara biganə qalmayan klub bu dəfə də ənənəsinə sadiq qalacaq. Futbolçular, klubun rəsmiləri, məşqçilər korpusu, o cümlədən azarkeş qrupları faciə günü saat 11:00-da Şəhidlər Xiyabanına yürüş edəcək.
saytlarin hazirlanmasi