Azərbaycan Premyer Liqasının bu gün keçirilən 20-ci turunun “Qarabağ” – “İnter” oyununda əvvəl Ağdam klubu son günlər cəbhədə baş verən hadisələrlə bağlı pankart açıb.
Sportal.az xəbər verir ki, pankartın üzərində böyük hərflə “Hər damla qanımızdır Azərbaycan” yazılı sözlər yazılb. Eyni zaamnda pankartda bugünlərdə cəbhədə gedən döyüşlərdə şəhid olmuş 6 Azərbaycan hərbçisinin adı həkk olunub.
Qeyd edək ki, şəhid olan hərbçilərimiz Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu, Cəfərov Zakir Nazim oğlu və Əhmədov Elvin Süleyman oğludur.
saytlarin hazirlanmasi