İlqar Qurbanov: “Milli haqda heç nə danışmaq istəmirəm”

23:29 - 4 Mart 2017

“Gərgin oyun oldu. İki həftə idi ki, məğlub olurduq. Buna baxmayaraq, öz oyunumuzu göstərdik və qalib gəlməyi bacardıq”.

 

Sportal.az xəbər verir ki, bu sözlər “Qarabağ”ın futbolçusu İlqar Qubanova məxsusdur.

 

Ağdam klubu Azərbaycan Premyer Liqasının XXI turunda səfərdə “Sumqayıt”ı böyükhesablı (0:4) məğlubiyyətə uğradıb.

 

Matçdan sonra əməkdaşımızın da suallarını cavablandıran Qurbanov çempionluq uğrunda gərgin mübarizənin getdiyini deyib: “Yaxşı rəqibə qarşı, səbrli oynadıq. Dediyim kimi, önəmli olan nəticə və 3 xal qazanmaq idi. Bundan sonra daha da çox çalışacağıq.  Biz fikirləşmirik ki, qalib gəlmişik, “Qəbələ”ni qabaqlamalıyıq. İlk növbədə öz oyunumuzu düşünürük. “Qəbələ” ilə çempionluq uğrunda gərgin mübarizə gedir. Çalışırıq ki, sona qədər mübarizə aparaq”.

 

Cinah müdafiəçisi son oyunlarda özünü yaxşı tərəfdən göstərsə də, milli komandamızın Qətərə qarşı keçirəcəyi yoldaşlıq oyununa dəvət almayıb. Qurbanov milli ilə bağlı verilən suala belə cavab verib: “Milli haqda heç nə danışmaq istəmirəm”.

Xəbər xətti