Bosniya və Herseqovina milli komandasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Cəbəllütariqə və yoldaşlıq matçı çərçivəsində Albaniyaya qarşı keçiriləcək oyun üçün heyəti açıqlanıb.
Sportal.az xəbər verir ki, yığmanın çalışdırıcısı Mehmet Bazdareviç 23 futbolçuya dəvət göndərib. Yığmaya çağırılanlar arasında "Qarabağ"ın qolkiperi İbrahim Şehiçin adı var.
Qeyd edək ki, Bosniya və Herseqovina - Cəbəllütariq matçı martın 25-i keçiriləcək. Albaniya ilə yoldaşlıq matçı isə martın 28-də baş tutacaq.
saytlarin hazirlanmasi