Albaniya millisinin İtaliya ilə keçirəcəyi DÇ-2018-in seçmə mərhələ oyunu və Bosniya və Herseqovinaya qarşı yoldaşlıq görüşü üçün heyəti açıqlanıb.
Sportal.az xəbər verir ki, baş məşqçi Canni De Byazi "Qarabağ"ın müdafiəçisi Ansi Aqolliyə də dəvət göndərib. İtaliya ilə oyun martın 24-də, Bosniya və Herseqovina ilə yoldaşlıq matçı isə martın 28-də keçiriləcək.
Qeyd edək ki, "Qarabağ"ın qapıçısı İbrahim Şehiç Bosniya və Hersoqovina millisinə dəvət alıb.
saytlarin hazirlanmasi