Bir müddət öncə son Azərbaycan çempionu “Qarabağ”la danışıqlar apardığı deyilən Polşanın “Lex” klubunun futbolçusu Məhəmməd Keyta özünə yeni komanda tapıb.
Sportal.az xəbər verir ki, Qambiya əsilli futbolçu karyerasını Norveçdə davam etdirəcək. O, ötən gün ölkənin yüksək liqasında mübarizə aparan “Valerenqa” klubu ilə münasibətlərini rəsmiləşdirib. Forvard cari mövsümün sonuna qədər icarə əsasında sözügedən komandanın uğurları üçün çalışacaq.
Qeyd edək ki, “Qarabağ” vaxtıilə Norveçin 18, 21 və 23 yaşlılardan ibarət milli komandasının şərəfini qoruyan Keyta ilə maraqlansa da, sonda onu transfer etməkdən imtina etmişdi.
saytlarin hazirlanmasi