Şehiç Aqolli dueli baş tutmadı

00:30 - 29 Mart 2017

Bir sıra ölkələrin milliləri yoldaşlıq oyununda üz-üzə gəlirlər.

 

Sportal.az xəbər verir ki, belə görüşlərdən biri də Albaniya və Bosniya və Herseqovina komandaları arasında baş tutub. Qarşılaşma Bosniya və Herseqovina millisinin 2 - 1 hesablı qələbəsi ilə başa çatıb.

 

Oyunu azərbaycanlı azarkeşlər üçün maraqlı edən məqam isə hər iki millinin heyətində “Qarabağ”ın futbolçularının olması idi. Belə ki, Ağdam klubunun müdafiəçisi Ansi Aqolli Albaniya millisinin kapitanıdır, “atlılar”ın qolkiperi İbrahim Sehiç isə davamlı olaraq Bosniya və Herseqovina millisinə dəvət alır.

 

Ancaq adıçəkilən oyunçuların heç biri bu gün meydançada olmayıblar. Aqolli ehtiyat oyunçular skamiyasında şansını sona qədər gözləyibsə, Sehiçin adı matçın iştirak ərizəsinə daxil edilməyib.

Xəbər xətti