Hollandiya mətbuatı (elfvoetbal.nl) “Ayaks”ın 5 istedadlı, amma özünü doğrulda bilməyən futbolçuların siyahısını açıqlayıb.
Sportal.az xəbər verir ki, gənc yaşlarında gələcəyin ulduzu kimi göstərilən, lakin gözləntilərin altında qalan futbolçular arasında 2015/16-cı il mövsümündə “Qarabağ”da çıxış etmiş Raydell Puponun da adı var.
“29 yaşlı hücumçu 2008-ci ildə gənc yaşında əsas komandaya yüksəldi. Forvard daha sonra “Villem II” klubuna icarəyə verilib. Hollandiyanın “Sparta”, “De Qrafşap”, “Den Haaq”, “Breda” klublarında oynayan futbolçu daha sonra Fransanın “Valensyen” klubunda 1 mövsüm çıxış etdi. Pupon daha sonra Azərbaycanın iddialı komandası olan “Qarabağ”a üz tutdu. Hazırda Türkiyənin I Liqasında çıxış edən “Boluspor” klubunda oynayan futbolçu çox əla mövsüm keçirir. Pupon 15 qolla çempionatın ən sərrast futbolçusudur”.
Puponla yanaşı, siyahıda Donovan Sliynqard (Jalqiris), Marko Van Duin (NEK), Qriqori van der Vil (“Fənərbaxça”) və Çakib Tayeb (ASV Dayk) var.
Qeyd edək ki, Raydell Pupon “Qarabağ”ın heyətində 15 oyuna 1 qol vurub.
saytlarin hazirlanmasi