Almeyda "Neftçi"yə qarşı oynayacaq?

15:19 - 29 Mart 2017

Sabah Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ" "Neftçi"nin qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu qarşılaşmaya Riçard Almeydasız çıxa bilər. Braziliyalı yarımmüdafiəçi bu gün MRT müayinəsindən keçəcək və bundan sonra onun sabahkı matçda iştirak edib-etməyəcəyinə aydınlıq gələcək.

 

Qeyd edək ki, sözügedən matç martın 30-da "Bakcell Arena"da keçiriləcək və saat 19:30-da start götürəcək.

Xəbər xətti