“Hər şey yaxşıdır. Əməliyyatdan sonra Bakıya qayıtdım və bərpa prosesini uğurla keçirəm. Həkimlər daha da yaxşı olacağını deyir".
Bu sözləri Sportal.az-a açıqlamasında “Qarabağ”ın zədəli olan futbolçusu Dani Kintana deyib. O, komandayla birgə məşqlərə başlayacağı vaxtı da açıqlayıb:
“İki ay ərzində komanda ilə məşqlərə başlayacağım gözlənilir. Düşünürəm ki, hər şey yaxşıya doğru gedir”.
Xatırladaq ki, fevralın 3-ü Topaz Premyer Liqanın 16-cı turunun AZAL-la oyununda ispan futbolçunun diz bağları qırılıb. Onun ən azı 6 ay yaşıl meydanlardan uzaq qalacağı ehtimal edilir.
saytlarin hazirlanmasi