Ağdamın “Qarabağ” klubu Azərbaycan kubokunda ardıcıl 11-ci qələbəsini qazanıb.
Sportal.az xəbər verir ki, yarımfinalın ilk oyununda “Neftçi”ni səfərdə 2:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun komandası bundan əvvəlki son 10 qarşılaşmanı da qalib kimi tərk edib. Cari mövsüm 1/8 finalda “Səbail”i 5:0, 1/4 finalda isə iki dəfə “Sumqayıt”ı məğlub edən (6:0, 5:2) ağdamlıların qələbə seriyası 2014/15 mövsümündə başlayıb.
Finalda “Neftçi”ni 3:1 hesabı ilə üstələyən “Qarabağ” 2015/16 mövsümünün bütün matçlarında qalib gəlib. Ağdamlılar 1/8 finalda “Şəmkir”i 2:0, 1/4 finalda “Sumqayıt”ı 2:0 və 4:1, 1/2 finalda “İnter”i 4:0 və 1:0, həlledici matçda isə “Neftçi”ni 1:0 hesabı ilə yenmişdi.
Qeyd edək ki, “Qarabağ”ın qalib gələ bilmədiyi son kubok oyunu 2014/15 mövsümünün yarımfinalına təsadüf edib. Həmin vaxt əyalət klubu “Simurq”la səfərdəki cavab oyununda qolsuz heç-heçə edib. (PFL)
saytlarin hazirlanmasi