Əfran İsmayılov üçün əlamətdar tur

14:44 - 3 Aprel 2017

Azərbaycan Premyer Liqasının XXIV turu “Qarabağ”da yubileylə əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, Ağdam klubunun futbolçusu Əfran İsmayılov əyalət klubunun heyətində 200-cü matçını keçirib. Bu hadisə “Kəpəz”lə ev qarşılaşmasına təsadüf edib. Start heyətində meydana çıxan Əfran 2:1 hesablı qələbəyə sevindiyi matçda 90 dəqiqə forma geyinib. Yarımmüdafiəçi “Qarabağ”ın tarixinə rəsmi turnirlərdə 200 və daha çox oyun keçirən 16-cı futbolçu kimi düşüb. 28 qol vuran Əfrana qədər 15 oyunçu bunu bacarmışdı.

 

İsmayılov Ağdam təmsilçisində 2006/07 mövsümündə debüt edib. O, indiki komandasının heyətində Azərbaycan çempionatında 146 (20 qol), Avropa Liqasında 28 (6), Azərbaycan kubokunda 21 (2), Çempionlar Liqasında 5 matç keçirib.
 
mövsüm    turnir    oyun    qol
2006/07    Azərbaycan çempionatı    7    0
2007/08    Azərbaycan çempionatı    6    0
2007/08    Azərbaycan kuboku    3    0
2008/09    Azərbaycan çempionatı    1    0
2009/10    Avropa Liqasi    4    0
2009/10    Azərbaycan çempionatı    27    5
2010/11    Avropa Liqası   6    5
2010/11    Azərbaycan çempionatı    12    1
2011/12    Avropa Liqasi    5    0
2011/12    Azərbaycan çempionatı    25    6
2011/12    Azərbaycan kuboku    4    1
2012/13    Azərbaycan çempionatı    22    1
2012/13    Azərbaycan kuboku    5    1
2015/16    Avropa Liqası    8    1
2015/16    Azərbaycan çempionatı    29    6
2015/16    Azərbaycan kuboku    5    0
2015/16    Çempionlar Liqası   1    0
2016/17    Avropa Liqası    5    0
2016/17    Azərbaycan çempionatı    17    1
2016/17    Azərbaycan kuboku    4    0
2016/17    Çempionlar Liqası    4    0
CƏMİ         200    28

 

Xəbər xətti