Qurban Qurbanov: "Bəzi rəqiblərlə görüşmək istəmirik" MÜSAHİBƏ

21:59 - 5 Aprel 2017

Azərbaycan Kubokunun cavab yarımfinal qarşılaşması çərçivəsində "Qarabağ" "Neftçi" ilə 0:0 hesablı heç-heçə edib. İlk oyunda 2:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisi finalda "Qəbələ"yə rəqib olub.
 
Sportal.az xəbər verir ki, oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

- Komandamı və azarkeşlərimizi  təbrik edirəm. İlk oyundan sonra demişdim ki, cavab matçı bizim üçün çətin olacaq. Həqiqətən də belə oldu. "Neftçi" bu gün ən yaxşı oyununu oynadı. Onlara uğurlar arzu edirəm. Belə oynasalar, qarşıdakı oyunlarda istənilən rəqibi məğlub edə bilərlər. 3 ildir dalbadal finala çıxırıq. Buna görə də futbolçularıma təşəkkür edirəm. Qarşıda "Qəbələ" ilə çətin oyunumuz var. "Qəbələ" çox ciddi rəqibdi.

 

- Demək olar ki çempionluğun taleyi "Qəbələ" ilə oyunda həll olunacaq?
- Belə deməzdim. Mövsüm ərzində bir neçə dəfə lider dəyişdi. Baxmayaraq  ki, çempionatda komanda azdı, çox çətin mövsüm oldu. Heç bir oyunda rahat qələbə qazanmadıq. Bəlkə də kənardan belə düşünmək olar. Ammma çempionatın sonunadək mübarizə davam edəcək. Hər şey mümkündü. Düşünmədiyimiz oyunlarda xallar itirdik.

 

- "Qəbələ" ilə "Qarabağ"ın oyunlarında söz-söhbətlər çox oldu. İstəyərdiniz ki, finalda rəqibiniz "İnter" olsun?
- İlk dəfədi finalda "Qəbələ" ilə qarşılaşacağıq. Bəzi rəqiblər var ki, onlarla görüşmək istəmirik. Onlardan biri də "Qəbələ"di. Söz-sözhbətlər görə demirəm. Onlarla oyunlarımız gərgin keçir.

 

- Millinin oyunundan sonra Əfran İsmayılov çox tənqid olundu. Bu, ona psixoliji cəhətdən necə təsir göstərdi?
- Normaldı, hər oyundan sonra hansısa futbolçunu tənqid edirlər, başqasını tərifləyirlər. Əfran təcrübəli futbolçudu. Biz az ruhdan düşmüşdü. Çalışdıq bunu aradan qaldıraq. İndi hər şey qaydasındadı.

Xəbər xətti