Sabah Azərbaycan Premyer Liqasının 25-ci turu oyunları çərçivəsində "Qarabağ" "Qəbələ"ni qəbul edəcək.
Sportal.az xəbər verir ki, Ağdam klubunun aparıcı futbolçuları olan Riçard Almeyda və Bədavi Hüseynov fərdi məşqlərin ardından kollektivə qoşulublar. Baş məşqçi Qurban Qurbanovun şans verəcəyi təqdirdə Almeyda və Hüseynov "Qəbələ"yə qarşı oynaya biləcəklər.
Xatırladaq ki, hər iki futbolçu zədə səbəbindən "Qarabağ"ın son oyunları buraxmışdı.
Qeyd edək ki, "Qarabağ" - "Qəbələ" matçı sabah saat 20:30-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi