Qurban Qurbanov: "Heç avrokubok oyunlarında belə gərgin olmamışdım" MÜSAHİBƏ

22:53 - 9 Aprel 2017

Azərbaycan Premyer Liqasının XXV turunda keçirilən "Qarabağ" - "Qəbələ" matçı 0:0 hesabı ilə başa çatıb.

 

Sportal.az xəbər verir ki, qolsuz başa çatan qarşılaşmadan sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında oyunu şərh edib.

 

- Çox gərgin oyun oldu. Meydanda gərginlik, mübarizə  var idi. Hər iki komanda düzgün oynamağa çalışdı. Xal fərqinin 4 olmasına baxmayaraq, diqqətimiz qarşıdakı oyunlarda olacaq.

 

- Bu mövsüm Premyer Liqa tez bitəcək. Bu planlarınıza necə təsir edəcək?
- Hələ o barədə düşünmürəm. Belə gərgin çempionat olmamışdı. Heç avrokubok oyunlarında belə gərgin olmamışdım. Mövsümün tez bitməsinin yaxşı cəhəti də var. Futbolçular daha çox istirahət edəcək. 4 ildi təqvim çox sıxdı. Futbolçularda yorğunluq var. Yaxşı istirahətə ehtiyac var.

 

- Riçard Almeydanın durumu nə yerdədi?
- Durumu normaldı. Bu gün tam hazır deyildi, ağrıları azalıb. Yaxşılığıa doğru gedir. "İnter"lə oyuna kimi hazır ola bilər.

 

- Mövsümün sonunda "Qarabağ"da heyət baxımından ciddi dəyişiklik görmək olar?
- Dəyişikliklər olmalıdı. Düşüncələrimizdə var. Oyunçu axtarışındayıq. Maksimum ciddi dəyişikliklərin olmasına çalışacağıq. Futbolçularımızın sayını çoxaltmaq istəyirik.

 

- Qara Qarayevin mövsümün sonunda müqaviləsi başa çatır. Bildiyimiz qədər ona hələ yeni sözləşmə təklif etməmisiniz.

- Qara qarabağlıdı. Biz hər şeyi sona yaxın saxlayırıq. Müqaviləsinin müddəti uzadılası futbolçu çoxdu. Buna görə də narahatlıq doğuran məqam yoxdu.

Xəbər xətti