“Qarabağ” Azərbaycan futbolu tarixinə düşüb.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi ardıcıl 4 dəfə ölkə çempionu olan ilk komanda adını qazanıb. 2013/14, 2014/15 və 2015/16 mövsümlərində də qızıl medallara yiyələnən Qurban Qurbanovun yetirmələri bu dəfə sona 2 tur qalmış rəqibləri üçün əlçatmaz olub. “Qəbələ”nin Gəncədə “Kəpəz”ə 0:2 hesabı ilə uduzmasından sonra səfərdə “İnter”i 3:0 hesabı ilə məğlub edən “Qarabağ” xal hesabını 56-ya çatdırıb. 49 xala malik “Qəbələ” çempiondan 7 xal geri qalıb.
Bunadək ardıcıl çempionluq sayında rekordun şəriki olan ağdamlılara qədər “Neftçi” 3 dəfə qızıl medalı sıralamışdı. Bakılıların 2010/11, 2011/12 və 2012/13 mövsümlərindən sonra rəsmiləşən “het-trik”ini ötən il təkrarlayan “Qarabağ” daha uzağa gedə bilib.
Bu mövsüm qazanılan uğur klub tarixində 5-ci olub. İlk çempionluğunu 1993-cü ildə bayram edən əyalət təmsilçisi artıq 5 qat ölkə çempionudur.
Bu isə rəmzi olaraq ulduz daşımaq hüququ verir. Belə ki, əksər yarışlarda 5 dəfə qalib gələn komanda loqosu və formasında ulduz nişanı əks etdirmək haqqı qazanır. Azərbaycan çempionatlarında indiyədək yalnız “Neftçi” bunu bacarmışdısa, “Qarabağ” ulduzuna qovuşan 2-ci komanda olub.
Ümumiyyətlə isə “Neftçi” hamıdan çox – 8, “Qarabağ” 5 dəfə çempion tituluna yiyələnib. “Kəpəz”in 3, “İnter”, “Bakı”, “Şəmkir”in hərəyə 2, “Turan”la “Xəzər Lənkəran”ın 1 qızıl medalı var.
mövsüm çempion
1992 “Neftçi” Bakı
1993 “Qarabağ” Ağdam
1993/94 “Turan” Tovuz
1994/95 “Kəpəz” Gəncə
1995/96 “Neftçi” Bakı
1996/97 “Neftçi” Bakı
1997/98 “Kəpəz” Gəncə
1998/99 “Kəpəz” Gəncə
1999/2000 “Şəmkir”
2000/01 “Şəmkir”
2001/02 yarımçıq qalıb
2003/04 “Neftçi” Bakı
2004/05 “Neftçi” Bakı
2005/06 “Bakı”
2006/07 “Xəzər-Lənkəran”
2007/08 “İnter” Bakı
2008/09 “Bakı”
2009/10 “İnter” Bakı
2010/11 “Neftçi” Bakı
2011/12 “Neftçi” Bakı
2012/13 “Neftçi” Bakı
2013/14 "Qarabağ" Ağdam
2014/15 "Qarabağ" Ağdam
2015/16 "Qarabağ" Ağdam
2016/17 "Qarabağ" Ağdam
saytlarin hazirlanmasi