"Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanova ağır itki üz verib.
Sportal.az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, bu gecə 45 yaşlı mütəxəssisin anası dünyasını dəyişib.
Mərhumə ilə vida mərasimi bu gün anadan olduğu Zaqatalada keçiriləcək.
Sportal.az saytının kollektivi adından Allahdan mərhuməyə rəhmət, yaxınlarına isə səbr diləyirik.
Allah rəhmət eləsin!
saytlarin hazirlanmasi