Albaniya millisinin müdafiəçisi və kapitanı Ansi Aqolli ardıcıl 4-cü dəfə çempion olduğu “Qarabağ"la yeni müqavilə imzalayacaq.
Sportal.az xəbər verir ki, bu barədə məlumatı albaniyalı futbolçu ölkəsinin mətbuatına müsahibəsində deyib. O bildirib ki, ölkəmizdə oynamaqdan xoşbəxtdir və qarşıdakı bir ili də Ağdam klubunda keçirmək istəyir.
Qeyd edək ki, Albaniya millisinin kapitanı 2012-ci ildən "Qarabağ"da çıxış edir.
saytlarin hazirlanmasi