Türkiyə Futbol Federasiyasının Nizam-İntizam Komitəsi (NİK) “Başakşəhər”in futbolçularını cəzalandırıb.
Sportal.az xəbər verir ki, Super Liqanın 28-ci turunda "Çaykur Rizəspor"la matçdan (3 - 3) sonra ASpor müxbirinə hücum çəkərək onu döyən futbolçular sərt cəzaya məruz qalıb.
Yalçın Ayhan və Ufuk Ceylan 5, yığmanın da qapısını qoruyan Volkan Babacan isə 1 oyunluq cəzalandırılıb. Kapitan Əmrə Belözoğlu isə 50 min lirə cərimə olunub.
saytlarin hazirlanmasi