Şenol Günəş növbəti mövsüm də "Beşiktaş"ı çalışdıracaq.
Sportal.az xəbər verir ki, mövsümün sonunda müqaviləsi başa çatacaq 64 yaşlı mütəxəsis klubun vitse-prezidenti Ahmet Nur Çebi ilə görüşüb və daha bir il komandanı çalışdırmağa razılıq verib. Görüşün ardından jurnalistlərin suallarını cavablandıran vitse-prezident, Ş.Günəşin komandada qalacağını əminliklə bildirib.
Qeyd edək ki, təcrübəli mütəxəssis 2015-ci ildən İstanbul klubunu çalışdırır. "Qara qartallar" onun rəhbərliyi altında 2015/2016-cı il mövsümündə Super Liqanın qalibi olub.
saytlarin hazirlanmasi