Bu gün Azərbaycan Premyer Liqasında 2016/2017-ci il mövsümünün sonuncu oyununda “Qarabağ” səfərdə “Neftçi”ni 2:1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
- Futbolçularımı təbrik edirəm. Çempionatın son oyunu idi, amma düzgün oynamağa çalışdılar. “Neftçi”yə uğurlar arzulayıram. Bu il onlarda alınmadı. Yəqin ki, gələn il alınacaq.
- Komandanın hazırlıq planı bəllidirmi?
- İyun ayının 1-də Bakıda yığışacağıq. Tam heyət olmayacaq. Çünki bir çox oyunçumuz millidə olacaq. Yəqin ki, Avstriyada toplanışa gedəcəyik. Orada yaxşı komandalar olur.
- Formal oyun olsa da, əsas heyətlə çıxmışdı komanda...
- Zədə barədə düşünməmişdim. Bizim daha çox oyun oynamağımıza ehtiyac var idi. Elə də narahat deyildik. Futbolçu zədələnə bilər. Sırf komandaya uyğunlaşmaları üçün birlikdə oynamaları lazımdır.
- Kubokun finalı haqqında nə fikirləşirsiniz? Sizcə, üstünlük kimdədir?
- Dəfələrlə demişəm ki, kubok tam fərqli turnirdi. Düşünmürəm ki, üstünlük sırf biz tərəfdədir. Hər iki komanda istəklidir. Futbolçularımı kubok oyununadək tam hazır formaya salmağa çalışacağıq.
- Neçə yoldaşlıq oyunu keçirməyi planlaşdırırsız?
- Bunu indi dəqiq demək olmaz. Çünki oraya hansı klubların gələcəyini bilmirik. 10-15 gündən sonra bu barədə məlumat olacaq.
- Abbas Hüseynovla Təmkin Xəlilzadənin “Qarabağ”a keçəcəyi deyilir...
- Sözün açığı, Abbasla maraqlanmışıq. Mövsümün sonunu gözləyirik. Təmikini isə deyə bilmərəm. Çünki bu barədə danışığımız olmayıb.
- Komandadan göndəriləcək futbolçular bəllidirmi?
- Hələ ki, bu barədə məlumat yoxdu.
saytlarin hazirlanmasi