Azərbaycan kubokunun 25 illik tarixində əlamətdar olay baş verib.
Sportal.az xəbər verir ki, turnirin yubiley - 3000-cü qolu vurulub. Belə ki, Naxçıvanda keçirilən "Qarabağ" - "Qəbələ" finalında hesabı açan Ağdam klubunun hücumçusu Mahir Mədətov 3000-cü qolun müəlifi kimi ölkə kubokunun tarixinə düşüb. İndiyədək bu turnirdə 2999 qol vurulmuşdu. Cari mövsümədək bu rəqəm 965 matçda 2929 qol idi. Bu mövsüm isə kubokda 22 oyun baş tutmuşdu ki, bu zaman qapılara 70 qol vurulub. Bunları topladıqda isə yekun rəqəm 2999 edirdi.
Yubiley qoluna "Qəbələ"nin qapısına yol tapan Ağdam klubunun forvardı Mahir Mədətov imza atıb.
saytlarin hazirlanmasi