İstanbulub "Qalatasaray" klubu ilk transferini reallaşdırıb.
Sportal.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, "sarı-qırmızılar" "Gənclərbirliyi"nin müdafiəçisi Uğur Çiftçi ilə anlaşıb. 25 yaşlı cinah müdafiəçisi növbəti mövsümdən etibarən "cim bom"un şərəfini qoruyacaq.
"Qalatasaray" bu transfer üçün Ankara təmsilçisinə 2 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Çiftçi bu mövsüm "Gənclərbirliyi" forması ilə Super Liqada meydana çıxdığı 29 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi